Şəhid pilot doğulduğu rayonda anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid pilot doğulduğu rayonda anılıb

17:05 - 27 / 08 / 2019
Şəhid pilot doğulduğu rayonda anılıb

Şəhid pilot Rəşad Atakişiyevin doğulduğu Samux rayonda yas mərasimi keçirilib.

1news.az xəbər verir ki, təyyarə qəzasında həlak olan Rəşad Atakişiyevin rayonunun  Alabaşlı kəndində yeddi mərasimi keçirilib. Mərasimində Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, idarə və təşkilatların rəhbərləri, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

Pilotun atası Saləddin Atakişiyev oğlunun ölümünə inanmadıqlarını bildirib: “Bu gün Rəşadın dəfnindən 7 gün keçir. Lakin ailəsi hələ də onun ölümünə inanmır. Rəşad qəhrəmancasına şəhid olub. Bu ağır günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu. Acı günlərimizdə bizi tək buraxmadığı üçün xalqımıza dərin təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev II Fəxri Xiyabanda dəfn edilib.

APA

Paylaş:
1116

Son xəbərlər

Bütün xəbərlər