“Gənclik mall”da insident | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənclik mall”da insident

12:31 - 28 / 08 / 2019
“Gənclik mall”da insident

Dünən “Gənclik mall” da mühafizəçilərlə müştəri arasında insident yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə hadisəyə şahidlik etmiş şəxslər sosial şəbəkədə məlumat yayıblar.

Onların sözlərinə görə, “Gənclik mall”un mühafizəçiləri bir xanımı hər kəsin içində uca səslə təhqir edib, zorla məkandan çıxarıblar.

“Qafqazinfo” məsələ ilə bağlı ticarət mərkəziylə əlaqə saxlayıb. Məlumat mərkəzindən belə bir halın baş verdiyi təsdiqlənib. Bildirilib ki, həmin xanım mərkəzdə salfet satmaq istəyirmiş: “Mühafizəçilər təlimata uyğun olaraq, həmin xanımın oranı tərk etməsini istədilər. O isə təlimata əməl etməyərək mühafizəçini vurub. Mühafizəçilər bu vəziyyətdən sonra xanımı oradan güclə çıxartdılar. Belə bir halın yaşanmasına görə, sözügedən mühafizəçilərə töhmət verilib”.

S.Xankişiyeva

 

Paylaş:
2537

Son xəbərlər

Bütün xəbərlər