Azərbaycanlı məktəbli Avropa İnformatika Olimpiadasında medal qazanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı məktəbli Avropa İnformatika Olimpiadasında medal qazanıb – FOTO

17:11 - 29 / 08 / 2019
Azərbaycanlı məktəbli Avropa İnformatika Olimpiadasında medal qazanıb – FOTO

Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.

Təhsil Nazirliyindən 1news.az-a bildiriblər ki, azərbaycanlı məktəblilərin də qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada gümüş medala layiq görülüb. O, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.

Xatırladaq ki, avqustun 23-də başlanan olimpiada bu gün başa çatır.

S.Xankişiyeva

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər