DNİK üzvü: “Təşkilat tezliklə dağılacaq”

Demokratiya Naminə İnqilab Komitəsi adı altında yaradıldığı bildirilən dərnək üzvü Mahmud Əhmədli həmin təşkilatın üzvlüyündən rəsmi olaraq çıxması ilə bağlı bəyanat vermişdir.
1news.az xəbər verir ki, M.Əhmədli bəyanatında qeyd etmişdir: “Təşkilata həmin adın qoyulmasına ilk gündən etiraz etmişəm. Mən hər zaman ölkədə yaradılmış sabitliyin qorunmasının tərəfdarı olmuşam”.
İlk gündən layihənin üzvləri arasında fikir ayrılığı olduğunu vurğulayan M.Əhmədli təşkilatın çox davam etməyərək tezliklə dağılacağını qeyd etmişdir. M.Əhmədli avqustun 29-da təşkilatın üzvlüyündən rəsmi olaraq çıxmağı barədə rəsmi bəyanat vermişdir.
1news.az
589