Seymur Həzi azadlığa çıxıb

AXCP funksioneri Seymur Həzi cəza müddəti başa çatdığı üçün həbsdən azad edilib.
1news.az xəbər verir ki,S.Həzi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
1news.az
456