DSX: Ermənistan ordusu sərhəddə təxribat törədib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

DSX: Ermənistan ordusu sərhəddə təxribat törədib – FOTO

09:11 - 30 / 08 / 2019
DSX: Ermənistan ordusu sərhəddə təxribat törədib – FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

2019-cu ilin 29 avqust tarixində saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulmuş, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalmışdır, hərbi qulluqçular arasında xəsarət alma halı olmamışdır.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

S.Xankişiyeva

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər