Dövlət Komitəsi: Yaxın günlərdə jurnalistlərə çıxarışlar təqdim ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Komitəsi: Yaxın günlərdə jurnalistlərə çıxarışlar təqdim ediləcək

16:54 - 05 / 09 / 2019
Dövlət Komitəsi: Yaxın günlərdə jurnalistlərə çıxarışlar təqdim ediləcək

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) Prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci bina ilə bağlı sənədləşdirilmə məsələsinə aydınlıq gətirib.

1news.az xəbər verir ki, Komitəinin mətbuat katibi Qulu Xəlilov məsələnin yaxın günlərdə həll olunacağını bildirib:

“Ölkə rəhbəri Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilən və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar (“kupça”) Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək”.

1news.az

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər