Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi

11:45 - 17 / 09 / 2019
Kapital Bank yenilənən Nəsimi filialını istifadəyə verdi

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən Nəsimi filialı Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət göstərir.

Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən daha rahat istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs, həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar təqdim ediləcək.

Burada xidmət saatlarından əlavə qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini həyata keçirə, nağd pul əldə edə bilərlər.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və filiallar)  istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
587

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər