Azərbaycan səfirliyi Dağıstandakı qəza ilə bağlı məsələni nəzarətdə saxlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan səfirliyi Dağıstandakı qəza ilə bağlı məsələni nəzarətdə saxlayır

16:47 - 20 / 09 / 2019
Azərbaycan səfirliyi Dağıstandakı qəza ilə bağlı məsələni nəzarətdə saxlayır

Dünən Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi baş verib. Bu haqda Azərbaycanın Rusiyadakı səfirliyinə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.

Bu barədə 1news.az-a Azərbaycanın Rusiyadakı səfiliyindən məlumat verilib.

Qeyd edilib ki, əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 Azərbaycan Respublikasının vətəndaşı isə xəsarət alıb. Onlardan 3 nəfər ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıblar.

Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz vardır ki, onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır.

Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır.

1news.az

 

 

 

 

 

Paylaş:
660

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər