#WE2019 müsabiqəsinin qalibi Billurə Bernard Nigeriyada məktəb tikdirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

#WE2019 müsabiqəsinin qalibi Billurə Bernard Nigeriyada məktəb tikdirib – FOTO

17:20 - 03 / 10 / 2019
#WE2019 müsabiqəsinin qalibi Billurə Bernard Nigeriyada məktəb tikdirib – FOTO

2019-cu ilin əvvəlində “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən əhayata keçirilmiş #WE2019 Xanım sahibkarlar üçün müsabiqənin 5 qalibindən biri olmuş Billurə Bernard şəxsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər əsasında Nigeriyanın Obite kəndində məktəb inşa etdirib.

1news.az-ın verdiyi xəbərə görə, Mianrad orta məktəbi uşaqlara mədəni fərqləri anlamaq və qəbul etmək, sülhü və həyatı dəyərləndirmək üçün faəliyyət göstərən katolik məktəbidir.

6 ildən çoxdur Nigeriyada yaşayan və müxtəlif sahələrdə ölkəmizi təmsil edən Billurə xanım, orada qurduğu və fəaliyyət göstərdiyi “Cuisine Chez Billura” brendi ilə “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” nominasiyası ilə #WE2019 müsabiqəsinin qalibi olub. Həmçinin Billurə Bernard “Azərbaycanın Dostları Təşkilatının” prezidentidir.

Billurə Bernard bildirib ki, yaşadığımız ölkədən asılı olmayaraq təhsilə yardım hər zaman mütləqdir. “Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir. Başqa sözlə, təhsil fərdlərə ötürdüyü əsaslı bilik və bacarıqlarla onların öz arzu və amallarını necə ifadə etməsini və həyata keçirməsini müəyyənləşdirir, həm də onları öz icmalarının həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir. Ona görə də mən qərara gəldim ki, ölkəmin təbliği yaşadığımız ölkələrin təhsil ocaqlarından başlamalıdır. Bu yol ilə Afrikanın gənc nəslinin beynində, ruhunda Azərbaycan sözünü həkk edə bilərəm”.

Xatırlatma etmək istərdik ki, #WE2019 müsabiqəsi “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, müsabiqənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az” olmuşdur.

S.Xankişiyeva

Paylaş:
2291

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər