Qurban Qurbanov “Traktor”un azarkeşinə “Qarabağ” forması hədiyyə etdi - FOTO | 1news.az | Xəbərlər
Futbol

Qurban Qurbanov “Traktor”un azarkeşinə “Qarabağ” forması hədiyyə etdi - FOTO

16:30 - 08 / 10 / 2019
Qurban Qurbanov “Traktor”un azarkeşinə “Qarabağ” forması hədiyyə etdi - FOTO

Premyer Liqanın VII turunda "Sabah"la matçdan sonra Cənubi Azərbaycanın "Traktor" klubunun azarkeşi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, fanat ona Təbriz klubunun formasını hədiyyə edib. Qurban Qurbanov da azarkeşə "Qarabağ"ın formasını bağışlayıb.

Ötən gün mətbuat konfransında 47 yaşlı mütəxəssis "Traktor"la bağlı sualı belə cavablandırmışdı:

"Onların oyununu izləyirəm. Onlarla oynamaq mümkün ola bilər. Sadəcə, bu, o halda baş verir ki, hər iki komandanın uyğun vaxtı olsun. Bizim hazırda zamanımız yoxdur. İndi bu barədə düşünməmişik".

1news.az

Paylaş:
1283

Son xəbərlər

Bütün xəbərlər