AFFA və FİFA prezidentləri görüşüb - FOTO | 1news.az | Xəbərlər
Futbol

AFFA və FİFA prezidentləri görüşüb - FOTO

21:58 - 08 / 10 / 2019
AFFA və FİFA prezidentləri görüşüb - FOTO

Bu gün İsveçrənin Sürix şəhərində, FIFA-nın mənzil-qərargahında AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında görüş keçirilib.

Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, AFFA və FIFA arasında mövcud olan səmərəli əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

1news.az

Paylaş:
1074

Son xəbərlər

Bütün xəbərlər