Beyləqanda 18 yaşlı qızı döyüb yol kənarına atdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Beyləqanda 18 yaşlı qızı döyüb yol kənarına atdılar

11:52 - 08 / 10 / 2019
Beyləqanda 18 yaşlı qızı döyüb yol kənarına atdılar

Beyləqanda gənc qız yol kənarında huşsuz vəziyyətdə aşkarlanıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.

Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib. Qadında qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qadın komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

Paylaş:
676

Son xəbərlər

Bütün xəbərlər