Azərbaycan qlobal rəqabət reytinqində irəliləyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyib

13:32 - 09 / 10 / 2019
Azərbaycan qlobal rəqabət reytinqində irəliləyib

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə qərarlaşıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.

Sinqapurun başçılıq etdiyi reytinq siyahısında Ermənistan 69-cu yerdədir.

Ümumilikdə reytinqdə 12 mövqe əks olunub. "İnstitutlar" mövqeyində Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər