Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019” Sərgisində nümayiş olunacaq – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019” Sərgisində nümayiş olunacaq – FOTO

12:20 - 21 / 10 / 2019
Mikro və kiçik sahibkarların məhsulları “Baku Build 2019” Sərgisində nümayiş olunacaq – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın digər sektorlarında olduğu kimi tikinti və inşaat sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə də məhsul və xidmətlərinin daha geniş auditoriyaya təqdim edilməsi, satış imkanlarını genişləndirməsi və yeni biznes əlaqələri qurması üçün müxtəlif tədbirlərdə və sərgilərdə iştirakına dəstək göstərir. 

1news.az-ın verdiyi xəbərə görə, KOBİA-nın dəstəyi ilə tikinti və inşaat sektorunda fəaliyyət göstərən KOB-lar 22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci Azərbaycan Beynəlxalq İnşaat ("Baku Build" 2019) Sərgisində iştirak edəcəklər. Sərgidə KOB-lar üçün ayrılmış xüsusi stenddə müxtəlif inşaat materialları, mühəndislik xidmətləri, istilik sistemləri, avtomatlaşdırılmış qapılar, ağıllı ev, təhlükəsizlik sistemləri, landşaft memarlığı və s. məhsul və xidmətlər nümayiş olunacaqdır.

KOBİA həmçinin, "Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasındadır.

Qeyd: KOBİA mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif beynəlxalq sərgi və festivallarda iştirakına dəstək göstərir. 2018-ci ildən etibarən startaplar, mikro və kiçik sahibkarlar KOBİA-nın dəstəyi ilə Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar, Qida Sənayesi, Hədiyyələr və Promo Məhsulları, Təhsil və Karyera sərgilərində, "Organic Food Festivalı 2019"da və s. iştirak ediblər.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
600

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər