Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib – FOTO

15:50 - 25 / 10 / 2019
Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib – FOTO

Azercell Telekom “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Eurasia İnnovation Day” və “Innovation Awards Gala” tədbirlərində iştirak edib.

Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində  “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” və “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı “İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, “Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb.

Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.

Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan “Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.

İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən “InnoWeek – İnnovasiya həftəsi”  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

Paylaş:
664

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər