Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır – FOTO

12:51 - 30 / 10 / 2019
Azərbaycanda virtual model müəssisənin yaradılması imkanları araşdırılır – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti KOB sektorunda əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Sinqapurda səfərdədir. Səfər çərçivəsində KOBİA nümayəndə heyəti Sinqapurun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müvafiq dövlət və özəl qurumlarında bir sıra görüşlər keçirib.

1news.az-a KOBİ-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Sinqapurun Ticarət və Sənaye Nazirliyinin və “Enterprise Singapore”nin nümayəndələri ilə keçirilmiş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, bu sahədə Sinqapurla əməkdaşlıqda maraqlı olduğumuzu diqqətə çatdırıb.

KOBİA rəhbəri Sinqapurla investisiya əməkdaşlığı, sahibkarlığın inkişafı və KOB-lara maliyyə dəstəyi sahəsində təcrübə mübadiləsi, startaplarla bağlı proqramlardan istifadə, qarşılıqlı biznes missiyaların təşkili kimi istiqamətlərdə əməkdaşlıq imkanlarını qeyd edib. Görüşdə “Enterprise Singapore”nin nümayəndələri qurumun fəaliyyəti və KOB-lara maliyyə dəstəyi mexanizmləri barədə məlumat verib, təşkilatın KOB-ların inkişafına və xarici bazarlara çıxışına dəstək göstərdiyini bildirib. Vurğulanıb ki, “Enterprise Singapore” Sinqapur sahibkarlarının yeni regionlara çıxışında, yeni ticarət tərəfdaşlarının tapılmasında və bu sahədə əməkdaşlıqda maraqlıdır.

KOBİA nümayəndə heyətinin Sinqapur Biznes Federasiyası və Sinqapur İstehsalat Federasiyası ilə keçirilmiş görüşündə sözügedən qurumların fəaliyyəti, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumat verilib, qarşılıqlı biznes missiyaların təşkili, KOB inkişaf mərkəzləri sahəsində təcrübə mübadiləsi kimi istiqamətlərdə müzakirələr aparılıb.

Sinqapur Rəqəmsal İmkanlar Mərkəzində (DCC) “McKinsey & Company” ilə keçirilmiş görüşdə məlumat verilib ki, şirkət tərəfindən yaradılmış virtual model müəssisə rəqəmsal texnologiyaların biznesin inkişafında tətbiqi məqsədilə yaradılıb və Sinqapurla yanaşı, bir çox ölkələrdə də fəaliyyət göstərir. Mərkəzlərdə nəzəri və təcrübi seminarlar keçirilir, startaplarla yaxından əməkdaşlıq edilir. Görüşdə Azərbaycanda da belə model müəssisələrin yaradılması imkanlarına dair fikir mübadiləsi aparılıb. Sonra KOBİA nümayəndələri Rəqəmsal İmkanlar Mərkəzində fəaliyyət göstərən virtual model müəssisənin fəaliyyəti ilə tanış olublar.

S.Xankişiyeva

 

 

Paylaş:
660

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər