Dövlət Neft Fondu oktyabrda valyuta satışını 6% artırıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-oktyabr aylarında 5 167,7 mln. ABŞ dolları məbləğində valyuta satıb.
1news.az-ın verdiyi xəbərə görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 38,5 mln. dollar və ya 0,8% çoxdur.
Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin oktyabr ayı ərzində 654,85 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin sentyabr ayı ilə müqayisədə Fond tərəfindən satılan valyutanın həcmi 5,8% artıb.
S.Xankişiyeva
566