“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu – FOTO – VİDEO

14:00 - 14 / 11 / 2019
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu – FOTO – VİDEO
Həyata keçirdiyi sosial əhəmiyyətli layihələri ilə seçilən “Nar”, böyük uğura imza ataraq beynəlxalq səviyyəli müsabiqədə mükafata layiq görülüb.

Belə ki, noyabrın 12-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş Eventiada IPRA Golden World Awards 2019 müsabiqəsinin mükafatlandırma mərasimində “Nar”ın “Təlim Məktəbi” layihəsi “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib olub. Qeyd edək ki, bu nominasiya uğrunda mübarizədə mobil operator “Nestle” və “Volkswagen” kimi nüfuzlu şirkətlərin layihələrini geridə qoyaraq birincilik əldə edib.

“Müştəriyönümlu mobil operator olaraq KSM strategiyamızın təməlində cəmiyyət üçün dəyər yaratmaq və sözün həqiqi mənasında faydalı olmaqla insanların həyatında müsbət dəyişikliklərə səbəb olmaq dayanır. “Təlim Məktəbi” layihəsi ilə biz fiziki məhdudiyyətli insanların peşəyə yiyələnməsinə və cəmiyyətə inteqrasiyasına öz töhfəmizi veririk. Şadam ki, bu layihə öz missiyasını uğurla yerinə yetirdi və ilk dəfə olaraq Azərbaycanı təmsil edən bir şirkət bu nüfuzlu platformada yüksək qiymətləndirildi”, - deyə mükafatlandırma mərasimində çıxış edən “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib.

Müsabiqə yüksək standartlara, innovativ yanaşmaya, planlaşdırma və həyata keçirilmə keyfiyyətinə görə ən yaxşı kommunikasiya layihələrini dəyərləndirir. Bu il Rusiya, MDB, Şərqi Avropa və Mərkəzi Asiyadan 13 ölkəni təmsil edən dövlət və ictimai təşkilatlar, eləcə də özəl şirkətlərin ictimaiyyyətlə əlaqələr sahəsində layihələri yarışıb. Qeyd edək ki, bütün layihələr müsabiqənin Ekspertlər Şurası tərəfindən qiymətləndirilir. Burada iri beynəlxalq şirkətlərdən, nüfuzlu universitetlərdən və dövlət qurumlarının PR şöbələrindən peşəkar mütəxəssislər təmsil olunur.

Bildirək ki, bu, “Nar”ın davamlı olaraq inkişaf etdirdiyi KSM strategiyasının ilk uğuru deyil. Belə ki, 2014-cü ildə Fransada keçirilmiş ənənəvi “Cannes Lions” festivalında “Nar Donor” layihəsi “Gümüş Şir” (Silver Lion) mükafatına layiq görülmüşdü.  Mobil operatorun həyata keçirdiyi digər sosial layihələr haqda daha ətraflı nar.az səhifəsindən, “Eventiada IPRA Golden World Awards” (Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası Qızıl Dünya Mükafatı) müsabiqəsi haqqında məlumatı isə buradan əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,6 %-ni  əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

 

 

Paylaş:
573

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər