Millimiz Slovakiyaya qarşı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Slovakiyaya qarşı

13:48 - 19 / 11 / 2019
Millimiz Slovakiyaya qarşı

Bu gün Avro-2020-nin seçmə mərhələsinə yekun vurulacaq.

1news.az qol.az-a istinadən xəbər verir ki, millimiz də son oyununa çıxacaq. Nikola Yurçeviçin komandası səfərdə Slovakiyanın qonağı olacaq.

Qrupda keçirdiyi 7 oyuna cəmi 1 xal qazanan autsayder yığmamız səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq. Ancaq bu, çox çətin görünür. Çünki Slovakiya yığması final mərhələsinə vəsiqəni təmin etmək üçün mütləq qələbə qazanmalıdır. Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn slovaklar bu matçın da aşkar favoritidir.

Qrupun digər oyununda Uels Macarsıtanı qəbul edəcək. Hər iki komandanın final mərhələsinə vəsiqə şansı qalır.

19 noyabr

Avro-2020-nin seçmə mərhələsi

E qrupu


23:45. Slovakiya - Azərbaycan
Baş hakim: Sergey Boyko (Ukrayna)
Trnava. Anton Malatinski adına stadion.

23:45.Uels - Macarıstan

1news.az

Paylaş:
774

Son xəbərlər

Bütün xəbərlər