Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar – VİDEO

16:54 - 06 / 12 / 2019
Məhəmməd Əmin Rəsulzadənin dəfnindən nadir kadrlar – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 64 il əvvəl dəfnindən çəkilən görüntülər yayılıb. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, nadir kadrların yer aldığı videoda Məhəmməd Əmin Rəsulzadə haqqında danışılır, onun şəxsi keyfiyyətləri təsvir olunur.

Qeyd edək ki, bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

Qeyd edək ki, 1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

1news.az

Paylaş:
925

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər