Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

1news Redaksiyası17:01 - Bu gün
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzunsürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

1news.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.

Paylaş:
31

Son xəbərlər

Bütün xəbərlər