Uşaq Səfirlər Məclisi yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaq Səfirlər Məclisi yaradılacaq

15:26 - 09 / 01 / 2020
Uşaq Səfirlər Məclisi yaradılacaq

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edir.

1news.az-ın verdiyi xəbərə görə, məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edirik.

Məclis üçün ilkin qeydiyyat (qeydiyyat linki yerləşdirilib) və növbəti mərhələlər haqqında ətraflı məlumatı buradan ala bilərsiniz.

S.Xankişiyeva

 

Paylaş:
851

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər