Azərbaycanda nəqliyyat dəhlizləri ilə 31,9 milyon tondan çox yük daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nəqliyyat dəhlizləri ilə 31,9 milyon tondan çox yük daşınıb

1news Redaksiyası10:16 - Bu gün
Azərbaycanda nəqliyyat dəhlizləri ilə 31,9 milyon tondan çox yük daşınıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 31 milyon 942,4 min ton yük daşınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində yük daşımalarına dair məlumatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə nəqliyyat dəhlizlərində dəmir yolu ilə 12 milyon 81,7 min ton, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.

Nəqliyyat dəhlizləri üzrə göstəricilərə gəlincə, Cənub-Qərb dəhlizi ilə 447 min ton, Şimal-Qərb dəhlizi ilə 3 milyon 886,9 min ton, Şimal-Cənub dəhlizi ilə 6 milyon 867,2 min ton, Şərq-Qərb dəhlizi ilə isə 14 milyon 741,3 min ton yük daşınıb. Şərq-Qərb dəhlizinin tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 7 milyon 507,2 min ton təşkil edib.

Bildirilib ki, dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 faizi, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin isə 46,6 faizi tranzit yüklərin payına düşüb.

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər