AFFA İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu | 1news.az | Xəbərlər
Futbol

AFFA İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu

16:32 - 28 / 01 / 2020
AFFA İcraiyyə Komitəsinin yeni tərkibi məlum oldu

AFFA-nın nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, federasiyanın konfransında icraiyyə komitəsinə seçki keçirilib.

1news.az sportal.az-a istinadən xəbər verir ki, İcraiyyə komitəsinin üzvlüyünə seçilən şəxslərin siyahısını təqdim edir:

Regional futbol federasiyaları ictimai birliyi - 3 yer

1. İsgəndər Cavadov - Qərb regional futbol federasiyası tərəfindən
2. Kazbek Tuayev - Regional futbol federasiyaları ictimai birliyi tərəfindən
3. Elxan Məmmədov - Şimal regional futbol federasiyası tərəfindən

Peşəkar futbol liqası ictimai birliyi - 5 yer
1. Zaur Axundov - "Keşlə" tərəfindən
2. Rauf Əliyev - "Səbail" tərəfindən
3. Vaqif Sadıqov - "Sumqayıt" tərəfindən
4. Elşad Nəsirov - "Neftçi" tərəfindən
5. Fərid Mansurov - Peşəkar futbol liqası ictimai birliyi tərəfindən

Sahə futbol federasiyaları ictimai birliyi - 2 yer
1. Firudin Qurbanov - Tələbə futbol federasiyası tərəfindən
2. Mahir Məmmədov - Futzal federasiyası tərəfindən
 
İctimai futbol təşkilatları ictimai birliyi - 2 yer
1. Elmar Məmmədyarov - Ümumazərbaycan futbolsevərlər birliyi tərəfindən
2. Könül Mehdiyeva - İctimai futbol Təşkilatları ictimai birliyi tərəfindən.

AFFA İcraiyyə Komitəsinin 13-cü üzvü assosiasiyanın prezidenti - Rövnəq Abdullayevdir.

1news.az

Paylaş:
823

Son xəbərlər

Bütün xəbərlər