Adopt don’t shop: ABŞ-dan olan azərbaycanlı hüquqşünas Good World sığınacağının heyvanlarına öz evlərini tapmaqda köməklik edir – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Adopt don’t shop: ABŞ-dan olan azərbaycanlı hüquqşünas Good World sığınacağının heyvanlarına öz evlərini tapmaqda köməklik edir – FOTO

S.Xankişiyeva11:30 - 29 / 01 / 2020
Adopt don’t shop: ABŞ-dan olan azərbaycanlı hüquqşünas Good World sığınacağının heyvanlarına öz evlərini tapmaqda köməklik edir – FOTO

Fərid Mənsurovu təqdim etmək, onun gördüyü bütün xeyir əməllərdən bəhs etmək zənnimcə, mənasızdır – çünki hər kəs hər şeyi bilir.

Onun heyvanlara olan sevgisindən, Good World sığınacağından, çoxsaylı və hədsiz xeyir əməllərindən, heyvanların xilası ilə bağlı saysız-hesabsız hadisələrdən hər kəs xəbərdardır. Yaxın günlərdə Bakıya Kamilla Mişiyevanın gəlişi haqda eşitdim. K.Mişiyeva ABŞ-da işləyən hüquqşünasdır. O da heyvanları sevir, Good World sığınacağını dəstəkləyir, dördayaqlı dostların xaricə aparılması və orada yerləşdirilməsilə əlaqədar Fəridə köməklik edir.

Biz olduqca rahat və mənim üçün sevimli məkan olan W_Space-də görüşdük. Müsahibəmiz zamanı Kamilla və Fərid nə ilə məşğul olduqlarından və hər şeyin necə başlandığından danışdılar. Söhbətimizin şüarı isə “Adopt don’t shop” ifadəsi oldu. Heyvanmüdafiəçiləri kiçik dostlarımıza nə üçün qayğı göstərməyin vacibliyindən və sığınacaqdan heyvanları götürərək onlara isti yuva və normal həyat şansı verməkdən danışdılar.

İlk olaraq Kamilla söhbətə başladı:“Altı yaşım olanda ailəmizlə birlikdə Amerikaya köçmüşük. 1993-cü il olardı. Bakıda doğulmağıma baxmayaraq yetkinlik yaşımı Nyu-Yorkda keçirmişəm. Lakin hər zaman doğma diyarımla mənəvi bağlarım olub və ilk dəfə ötən ilin sentyabrında buraya gəldim. ABŞ-da hüquqşünas işləyirəm. Paralel olaraq şəxsi biznesim var, daşınmaz əmlakla məşğulam.

Yaxın dostlarımdan birinin qanunla problemi yarandığı vaxtda hüquqşünas kimi çalışmağa qərar verdim və biz onun üçün hüquqşünas axtarmağa başladıq. O zaman anladım ki, etibar edə biləcəyin savadlı hüquqşünas axtarmaq olduqca çətindir. Ümumiyyətlə peşəmin ən çətin tərəfi hər zaman hazır olmaqdır. Sən hər şeyi bilməlisən, nəyi nə zaman söyləməyi, hansı sualları verəcəyini, bir addım irəlini görməlisən. Nizam-intizam və təşkilatçılıq da vacibdir. Çoxları hesab edir ki, hüquqşünas olmaq qadın işi deyil (gülür).

Məncə qadınların daha emosional və rəhmlidirlər, bu, kişilərdə çatışmır. Laqeyd qalmamaq – peşəmizdə çox əhəmiyyətlidir. Biz yoldaşımla 5 ildir ki, evliyik, hələ ki, uşaqlarımız yoxdur. Lakin iki pişiyimiz və üç itimiz var. Məndən soşuşurlar ki, bütün bunları necə çatdırıram. Cavab sadədir: hər şey zamanın savadlı bölüşdürülməsindədir. Bütün işlər arasında balans tapmaq lazımdır. Düzgün balansı seçmək üçün öz üzərində ciddi çalışmaq lazımdır.

Hər gün səhər 5-də oyanıram məşqə gedirəm, qaçıram, özünüinkişafla bağlı çoxlu kitab oxuyuram, işləyirəm, doğmalarımla zaman keçirirəm, heyvanlara kömək edirəm. Uşaqlıqdan heyvanlara sevgi bəsləyirəm. Xatırlayıram ki, Bakıda yaşayanda qonşumuzdan birinin böyük qara iti vardı. Çox vaxt onlara gedərək itlə oynayardım.

Həyat yoldaşımla veqanlığı qəbul etmişik, bu da həyatımızı tamamilə dəyişib. Bütün bunlar bir dəfə Facebook-da heyvan haqlarının müdafiə edən PETA təşkilatının səhifəsində heyvanalara qarşı qəddar münasibətlə bağlı videodan başlandı...

İlk olaraq veqeterian olmaq qərarına gəldim. Lakin “Sağlamlıq nədir?” filminə baxdıqdan və bu haqda hər şeyi öyrənmiş, veqanlığı qəbul etmiş məşhur kadioloqun kitabını oxuduqdan sonra ərimlə veqanlığa keçmək qərarına gəldik. Kitab “Necə ölməyim?” adlanırdı. Dörd ildir ki ət yemirəm və heç vaxt özümü bu qədər enerjili və yaxşı hiss etməmişdim.

Bakıya gəldikdə ilk getdiyim yer Good World sığınacağı oldu. Fəridlə görüşümüz qəfildən oldu. Onun Facebook-dakı paylaşımlarından birini gördüm və onunla virtual dostlaşdım. Həyat yoldaşım da daha böyük evə köçərək bir neçə it saxlamağı planlaşdırırdıq. Və Fəridə onun sığınağından iki it götürməklə bağlı istəyimdən yazmışdım.

Fəridlə ünsiyyət qurmağa başladıq. Və o mənə sığınacaqdakı bütün itlər haqda, oları saxlamağın çətinliyində danışdı. Bu zaman məndə sual yarandı – ona necə kömək edə bilərəm. Beləcə bizim heyvanların ABŞ-a aparılması ilə bağlı ideya yarandı. Ötən ilin iyununda biz ilk 5 iti burada yetişdirdik. Onlar ştatlara Fəridin Facebook-dakı paylaşımına cavab verən xanımla birlikdə uçdular (gülür)”.

Daha sonra Fərid söhbətə başladı: “Mənim heyvanlara olan sevgim patalojidir. Xatırlayıram ki, uşaq vaxtı heyvanlar haqqında iki veriliş vardı: “Heyvanlar aləmi” və “Heyvanlar haqda dialoq”. Hər həftə səbrsizliklə yeni buraxılışları gözləyirdim və verilişlərdən birini buraxsaydım çox məyus olardım! (gülür).

Hevyvanlara sevgini anam aşılayıb. Çox vaxt onunla küçəyə çıxaraq evsiz heyvanları birlikdə yemləyərdik. Atamın əmisinin evində müxtəlif cinsdən olan itlər vardı və o dövrlər onun evi mənim ən sevimli yerim idi.

Günlərin bir günü atam içdən qayıdarkən küçədə bala itə rast gəlir. Sonda həmin bala iti götürdük. Ona Cek adını verdik. O it bizimlə 12 il yaşadı. 2008-ci ildə Facebookda heyvanlara yardım edən qrupla rastlaşdım. O zaman onlara maliyyə yardımı göstərməyə başladım. Beləliklə, bunu belə adlandırıram – “passiv heyvansevər” oldum (gülür).

Heyvanların müalicəsi üçün pul verirdim, buna dostlarımı və tanışlarımı da cəlb edərdim. 2012-ci ildə Pirşağıda sığınacağa getdim və oradakı şəraitin nə dərəcə də zəif olduğunun şahidi oldum. Bu zaman öz sığınacağımı yaratmaq ideyasına düşdüm. 2016-cı ildə küçə il gedərkən döyüşlərdən sonra şikəst qalmış qoca pitbula rast gəldim. Onu Mərdəkandakı bağ evinə gətirdim. Orada boş topraq sahəmiz vardı. Sonra “Təzə bazar”dan it götürdüm. Daha sonra sahibinin imtina etdiyi birini tapdım. Noyabrda isə könüllülərdən birinin paylaşımına rast gəldim.

Qadın paylaşımında yaralı uzunqulaqdan, ayağının birinin çürüməsindən yazırdı. O, uzunqulağı Bakıya gətirmək istəyirdi, lakin onu hara aparacağını bilmirdi. Mən ona uzunqulağı bizə Mərdəkana gətirməyi təklif etdim, lakin bir şərtlə ki, o buraya gələrək heyvana qulluq edəcək. Lakin bir müddət sonra qadın yoxa çıxdı və uzunqulağa özüm qulluq etməli oldum. Ona müxtəlif immunomodulyatorları qoyduq, iynə vurduq, yaralı ayağını məlhəmə qoyduq. Uzunqulağı da, yaralı ayağını da sağaltdıq (gülür).

Qruplardan birində Gəncədə evdə atılmış it barəsində paylaşım etmişdilər. İtin sağlamlıq problemi vardı. Gəncədə baytarlıq üzrə təhsil alan dostum Tamerlanla əlaqə saxladım. Və o iti bizə gətirdi. Blankanın xilası ilə bağlı yazdığınızı xatırlayırsınız? (gülür) həmin itdir.

Bir zaman boş sahə olan ərazi zamanla evsiz heyvanlar üçün sığınacağa çevrildi. Bizləri tanımağa başladılar, insanlar bizə zəng edərək it gətirdilər. Maddi tərəfdən çətinliklər vardı. Belə ki, heyvanları qida ilə yanaşı, dərmanla da təmin etmək lazımdır.

Bu cür sistem yarandı ilk olaraq bizə yaxınlar və qohumlar kömək etdi, daha sonra isə heyvanları sevən könüllülər və heyvanmüdafiəçiləri qoşuldu. İşimizin ən çətin tərəfi heyvanları yerləşdirməkdir. Bizlərdə əsasən cins heyvanları götürmək istəyirlər. Lakin onlara necə qulluq etməyi bilmirlər. Bu, kədərlidir. Tale məni Kamilla ilə qarşılaşdırdı. Onun sayəsində itlərimiz xaricdə özlərinə sahib tapırlar.

Leyla Əlieva da bizləri dəstəkləyir. O, sığınacağımıza mobil klinika hədiyyə edib və hətta iki heyvanı götürüb. Əminəm ki, onun bu xeyirxahlıqla dolu nəcib əməli cəmiyyətimiz üçün müəyyən ismarışdır.

“Adopt don’t shop” – heyvanları əşya kimi almaq lazım deyil, bu, düzgün deyil. Sığınacaqdan heyvan götürərək ona isti yuva bəxş etmək daha doğrudur. Ona normal yaşamaq şansı vermək lazımdır...”

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2721

Sizin üçün xəbərlər

Son xəbərlər

RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39Leysan xarakterli yağış gözlənilir - Sabahın havasıBu gün, 12:30“Zamanla eyni dalğada” – ASCO-nun zəngin tarixini əks etdirən kitab-fotoalbom nəşr olunubBu gün, 12:28Macarıstanda təqaüdlə təhsil imkanıBu gün, 12:22MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladıBu gün, 12:08İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 12:04Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıbBu gün, 11:57Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 11:30Prezident Laosun dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:29İlham Əliyev BƏƏ-nin dövlət başçısını təbrik edibBu gün, 11:13
Bütün xəbərlər