İsrail Vs Ermənistan: Bloomberg dünyanın işğalçı dövlətlərə qarşı münasibətində ikili standartlardan yazıb

Fəal inkişaf etmiş iqtisadiyyatına baxmayaraq, İsrail beynəlxalq ictimaiyyət tərəfindən daha çox sıxışdırılır. Bunun əsas səbəbi – ölkənin fələstinlilərlə olan münaqişəsidir.
İsrail müttəfiqləri yəhudi məskunlar üçün pul toplayan xeyriyyə təşkilatların statusunu ləğv edir, insan haqları təşkilatları qərb sahilindəki əməliyyatları sona çatdırmaq üçün özəl biznesə təzyiq göstərir, ölkədə istehsal olunan, Avropa İttifaqı və ABŞ-da satılan məhsullar işğal olunmuş ərazidə istehsal olunmuş kimi qeyd olunur.
Baxmyaraq ki, dünyada işğal altında olan regionlar çoxdur, lakin məhz İsrail daha çox təzyiqlərə məruz qalır.
Bu barədə Bloomberg agentliyinin köşə yazarı Eli Leyk Demokratiyanın Müdafiəsi Fondunun (Foundation for Defense of Democracies) yeni araşdırmasına istinadla yazır.
Tədqiqatın müəllifləri – tanınmış siyasi analitiklər Svante Kornell və Brenda Şaffer bu məsələni Avrasiya, Yaxın Şərq və Afrikada uzun müddətdir davam edən ərazi münaqişələrinin nümunəsi kimi araşdırırlar.
Bunların arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və Fələstin-İsrail münaqişələri də yer alıb.
“Son dəfə nə vaxtsa Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini işğalı etdiyi üçün Ermənistana qarşı boykot, ifşa və ya sanksiya tətbiq etmə kampaniyası barədə eşitmisiniz” – Eli Leyk hesabata əsaslanaraq yazır.
Bloomberg-in məqaləsində qeyd olunur ki, İsrail 1967-ci ildə qərb sahillərini – altı günlük müharibə nəticəsində işğal edərək İordaniyadan alıb.
BMT-nin normalarına əsasən, zor tətbiq edilərək ərazilərdə başqa bir etnik qrupun nümayəndələrinin məskunlaşmasına icazə verilmir. İsrail 1993-cü il Oslo sazişlərinə görə Fələstin dövlətinin gələcək ərazilərinin çoxunu təşkil edəcək topraqlarda 1967-ci ildən yəhudi məskənlərini genişləndirib. Yəni, əksər şərhlər bu yaşayış məntəqələrinin qanunsuz olduğuna işarə verir.
Bununla yanaşı, Bloomberg-in hesabatında beynəlxalq birliyin digər işğalçı ölkələrin nizamlama siyasətinə fərqli yanaşması müqayisə edilir. Nümünə üçün, Ermənistanın Suriyadakı erməni qaçqınların Avropa İttifaqının maliyyə dəstəyi çərçivəsində ayırdığı pullarla son illərdə fəal şəkildə məskunlaşdığı Dağlıq Qarabağın işğal olunmuş ərazilərində məskunlaşma siyasətini göstərmək olar.
Lakin Qərb dünyası İsrailə müxtəlif siyasi və iqtisadi təzyiq metodları tətbiq etsə də, digər hallara çox mülayimdir.
Bloomberg yazarı qeyd edir ki, müxtəlif işğal olunmuş və mübahisəli ərazilərdən Avropa İttifaqı ölkələrinə və ABŞ-a gətirilən mallara təəccüblü fərqli tələblər qoyulur.
Nümunə üçün, Avropa İttifaqı İsrailin qərb sahilindəki yaşayış məntəqələrində istehsal olunan və Aİ-yə gətirilən məhsulları “İsrail məhsulu” deyil, “işğal olunmuş ərazilərdə məhsulu” kimi qeyd olunmasını tələb edir.
Lakin analoji siyasət digər işğal olunmuş ərazilərin məhsullarına – istər Aİ-nin, istərsə də ABŞ-ın Azərbaycan Respublikasının ərazisi kimi tanıdığı Dağlıq Qarabağla bağlı tətbiq olunmur. Bununla yanaşı, Qarabağda istehsal olunan məhsullar qərb bazarlarına “Ermənistan məhsulu” kimi asanlıqla daxil olur.
“Problem yalnız BMT, ABŞ, Avropa İttifaqı (Aİ), özəl korporasiyalar və QHT-lərin həddən artıq qeyri-ciddi fəaliyyət göstərməsi deyil. Məsələ burasındadır ki, onların siyasəti seçicidir və beynəlxalq sistemdə daha dərin mövzuları vurğulayan qərəzləri tez-tez ortaya qoyur”, - hesabatda deyilir.
Sonda Eli Leyk qeyd edir ki, İsrailin qərb sahilindəki siyasəti üçün ikili standartlar sadəcə ədalətsiz deyil, həmçinin effektsizdir. Nə qədər tez beynəlxalq cəmiyyət İsraili məcbur edərək Fələstin dövlətini yaratmaq xəyallarından qurtararsa, güzəşt və danışıqlar üzrə ciddi işlər bir o qədər tez başlaya bilər.
Tərcümə: S.Xankişiyeva