Şabranda narkokuryerlikdə şübhəli bilinən şəxslər tutulub
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər tutulub.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayon sakinləri – 30 yaşlı Kənan Cəbrayılov və əvvəllər məhkum olunmuş 36 yaşlı Anar Məhərrəmov saxlanılıblar.
Onlardan ümumilikdə 7 kiloqram 600 qram marixuana, heroin və həşiş qətranı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxsin barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.
81












