Saatlıda 50 yaşlı kişi qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda 50 yaşlı kişi qətlə yetirilib

15:26 - Bu gün
Saatlıda 50 yaşlı kişi qətlə yetirilib

Saatlıda 50 yaşlı kişi qətlə yetirilib

1news.az-ın Trend-ə istinadən xəbərinə görə, Saatlı rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər