Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silahlar aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silahlar aşkar olunub

16:57 - Bu gün
Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan odlu silahlar aşkar olunub

Ötən gün respublika ərazisində vətəndaşlar tərəfindən saxlanılan qanunsuz odlu silahlar aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 27 patron darağı, 23 mərmi və 2426 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər