Ağdaşda anasını qətlə yetirən oğul barəsində cinayət işi başlanıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda anasını qətlə yetirən oğul barəsində cinayət işi başlanıb - YENİLƏNİB

12:55 - Bu gün
Ağdaşda anasını qətlə yetirən oğul barəsində cinayət işi başlanıb - YENİLƏNİB

Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon ptokurorluğuna məlumat daxil olub.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

10:12

Ağdaşda anasını qətlə yetirməkdə şübhəli bilinən oğlu polis tərəfindən saxlanılıb.

1news.az "Report"a istinadən verir ki, martın 23-də səhər saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər