Bakıda külək əsəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda külək əsəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq

14:01 - 07 / 02 / 2020
Bakıda külək əsəcək, bəzi rayonlarda sulu qar, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 8-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb  küləyi axşam güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  8-11, Bakıda  gecə 5-7, gündüz  9-11 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə və gündüz 70-80 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 8-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi gözlənilir. 

Havanın temperaturu gecə  3-8, gündüz  10-15 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta  olacaq.

1news.az

Paylaş:
621

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər