Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

1news Redaksiyası10:21 - Bu gün
Bakıda güclü külək 32 ağacı sındırıb, 36 ağacın budaqları qırılıb

Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən gündən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçiriblər.

Qeyd olunub ki, noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb.

Hadisə yerlərinə Birliyin növbətçi briqadaları cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, təmizlik işləri aparılıb. Həmçinin piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.

Hazırda Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Güclü küləkli hava şəraitinin davam etməsi ehtimalı nəzərə alınaraq şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirləri həyata keçirilir.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər