Daha 2 idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak hüququ qazanıb
Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan üzgüçülərinin nəticələrini nəzərə alaraq və gender bərabərliyinə riayət edərək Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandasına daha 2 lisenziya ayırıb.
1news.az-ın Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, lisenziyaları qadın üzgüçümüz, dünya reytinqində onluqda olan Dana Şandıbina və 2019-cu ildə Böyük Britaniyanın London şəhərində keçirilmiş dünya çempionatının bürünc mükafatçısı Vəli İsrafilov ədlə ediblər.
Beləliklə üzgüçülük idman növü üzrə lisenziyaların sayı üçə, ümümi lisenziyaların sayı isə doqquza çatdı.
1news.az
690