Millimiz Millətlər Liqasına Lüksemburq ilə oyunla başlayacaq | 1news.az | Xəbərlər
Futbol

Millimiz Millətlər Liqasına Lüksemburq ilə oyunla başlayacaq

12:40 - 04 / 03 / 2020
Millimiz Millətlər Liqasına Lüksemburq ilə oyunla başlayacaq

Futbol üzrə UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandasının yer aldığı 1-ci qrupun oyunlarının təqvimi açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.

Millimiz ilk oyununu doğma meydanda sentyabrın 5-də Lüksemburq yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Kipr seçməsinin qonağı olacaqlar. Oktyabrın 9-da Monteneqro millisi Azərbaycan komandasını qəbul edəcək. Üç gün sonra Azərbaycan–Kipr oyunu keçiriləcək.

Noyabrın 12-də Azərbaycan millisi Monteneqro yığmasını qəbul edəcək. Millimiz turnirin qrup mərhələsində sonuncu oyununu səfərdə Lüksemburqa qarşı keçirəcək. Matç noyabrın 15-də keçiriləcək.

1news.az

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər