BPK prezidenti: Para idmançıların sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır | 1news.az | Xəbərlər
İdman

BPK prezidenti: Para idmançıların sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır

15:11 - 20 / 03 / 2020
BPK prezidenti: Para idmançıların sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır

“Bəşəriyyət  unikal bir sınaq ilə  üzləşib. Bir çox ölkələr, şəhərlər və icmalar dünyada əvvəllər heç olmamış bir vəziyyətlə qarşılaşıblar”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsonsun müraciətində qeyd olunub:

“Bunlar görünməmiş və qeyri-müəyyən bir  dövrlərdir və  biz hal-hazırda idmandan da çox daha böyük bir an yaşayırıq. Həmişə olduğu kimi, bizim Paralimpiya Hərəkatına qoşulan şəxslərin hamısının  qayğısına qalmaq borcumuz var və biz sizin üçün doğru olanı edəcəyik.

Para idmançılarının sağlamlığı və rifahı bizim prioritet məsələmiz olaraq qalır və əgər, COVID 19-un qlobal səviyyədə qarşısının alınması  strategiyasının bir hissəsi olaraq növbəti həftələrdəki idman tədbirlərinin ləğv edilməsi vacibdirsə, deməli, bunu etmək ən düzgün addımdır. Qlobal bir cəmiyyət olaraq, biz bir olmalıyıq və sağlamlığı, ən əsası da həyatı qorumaq üçün əlimizdən gələn bütün tədbirləri görməliyik.

Təxminən yeddi ildir ki, biz Tokio 2020 Paralimpiya Oyunlarında birlikdə hansı nəaliyyətləri qazanacağımızı xəyal edirik. Tariximizdə ən həyəcanverici və maraqla gözlənilən Oyunları etməkdən ötəri  hamımız çox böyük güc sərf etmişik. Mənə görə çox möhtəşəm və rekordlarla zəngin olacaq Oyunlar üçün demək olar ki, hər şey öz əvvəlki yerində olaraq qalır.

Keçirilməsinə 159 gün qalmış Oyunların hazırlıqları sürətlə davam edir və planlaşdırıldığı kimi 25 Avqust 2020 il tarixində Paralimpiya oyunlarının açılışı üçün əlimizdən gələni edirik. Xahiş edirəm nəzərə alın ki, mövcud vəziyyəti və onun dünyadakı təsirini biz yaxşı bilirik. Ancaq artıq vaxtıdır ki, biz daha kəskin tədbirlərin görülməsinin lazım olub olmadığını müəyyənləşdirək. Biz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BOK, Tokio 2020 təşkilat komitəsivə öz sağlamlıq mütəxəssislərimizlə sıx və müntəzəm dialoqa davam etdiririk. Yarışların ləğv olunmasının təsnifat və klassifikasiya imkanları ilə bağlı qeyri-müəyyənliyə səbəb olduğunu tam anlayırıq. Sizi əmin edə bilərəm ki, IPC komandası qarşılaşdığımız hər çətinliyi həll etmək üçün gecə-gündüz çalışır. Həmçinin, əvvəlki qaydada məşq edə bilməyən və ev şəraitində məşq etməyin həll yollarını axtaran para idmançılarına rəğbət bəsləyirik.

Bazar ertəsi günü, IPC İdarə Heyəti son vəziyyətlə əlaqədar toplandı. Bu həftə isə Mən, İcraçı direktorumuz və IPC İdarəetmə Qrupunun yüksək səviyyəli üzvləri  Beynəlxalq Federasiyalar, Milli Paralimpiya Komitələri və idmançı nümayəndələri ilə danışıqlar  davam edir və baş verən problemlər və onların təsiri haqqında müzakirələr aparılır.

Bu müzakirələrdə üç rəhbər prinsip əsas götürülür: idmançıların sağlamlığı və rifahı,çeviklik  və ədalət.

Bacardığımız məqamlarda kömək etmək və həll yolu tapmaq bizim istəyimizdir, ancaq bu bənzərsiz qlobal böhran nəticəsində növbəti nəyin baş verəcəyini öncədən görmək bacarığımız yoxdur. Vəziyyət hər gün deyil, hər saat dəyişir.

Ancaq Sizə vəd edə bilərəm ki, gələn həftə və aylar ərzində qarşımızda daha aydın mənzərə yarananda Beynəlxalq Federasiyalar ilə birlikdə Tokio 2020-ni təsnifatı və klasifikasiya ilə bağlı həll yollarını tapacayıq.

Dünya bu nəsildə ən böyük problemlərindən biri ilə qarşılaşdığından, səbrinizi və çevikliyinizi xahiş edirik qoruyasınız  və diqqətinizi Tokio 2020 Paralimpiya oyunlarına yönəldəsiniz. Bu oyunlar  artıq Yaponiyanı dəyişdirən bir vasitə olmuşdur və ümid edirəm ki, bu yay  bütün dünyanı dəyişdirəcəkdir. Paralimpiya Hərəkatında yolumuzdakı çətinliklər və maneələrbizim üçün yeni deyil. Əvvəllər olduğu kimi bu dəfə də , bu və ya digər şəkildə bir həll yolu tapacayıq”.

1news.az

 

Paylaş:
750

Sizin üçün xəbərlər

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər