Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər həbs edilib - DİN | 1news.az | Xəbərlər
Cəmiyyət

Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər həbs edilib - DİN

14:08 - 02 / 04 / 2020
Yalan məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər həbs edilib - DİN

Ölkədə pandemiya ilə bağlı aidiyyəti qurumların adından yalan məlumat yayan vətəndaşlara qarşı mübarizə tədbirləri həyata keçirilir.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) İctimai təhlükəsizlik Baş İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı ölkədə xüsusi karantin qərarı elan olunandan bu vaxta qədər bu cür məlumatlar yayıb ajiotaj yaradan 10 nəfər inzibati həbs edilib. Bundan başqa, 18 nəfər cərimələnib, 127 nəfərə xəbərdarlıq edilib.

1news.az

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər