Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

16:04 - 14 / 04 / 2020
Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncam imzalayıb.

1news.az-ın Prezidentin rəsmi saytına istinadən məlumatına görə,  sərəncamla koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər