İlham Əliyev: “Karantin rejimi uzadılacaq”
“Bildiyiniz kimi karantin rejimi aprelin 20-ə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır”.
1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib ki, bu düzgün addım olacaqdır:
“Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək və karantin rejiminin uzadılması yeganə düzgün qərardır”.
1news.az
1098