“Qəbul etdiyiniz qərarlar yaşlı nəslin nümayəndələri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Qəbul etdiyiniz qərarlar yaşlı nəslin nümayəndələri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır” – Prezidentə məktub

15:36 - 20 / 04 / 2020
“Qəbul etdiyiniz qərarlar yaşlı nəslin nümayəndələri tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır” – Prezidentə məktub

“Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir”.

1news.az-ın məlumatına görə, bunu Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov Prezident İlham Əliyevə təşəkkür məktubunda deyib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi.

Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.

Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.

1news.az

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər