“Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir” – Prezidentə məktub

16:30 - 20 / 04 / 2020
“Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir” – Prezidentə məktub

“Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu”.

1news.az-ın məlumatına görə, bunu Bakı şəhərinin Qaradağ rayonundan Xəyalə Qurbanova Prezident İlham Əliyevə təşəkkür məktubunda deyib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident

Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi ilə yazıram. Sizin fəaliyyətinizi bütün Azərbaycan xalqı yüksək qiymətləndirir.

Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə oldu. Ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli tədbirlər görülərək qısa müddət ərzində maska istehsal edən müəssisə yaradıldı, "Yeni klinika" tibb müəssisəsi istifadəyə verildi, karantinə alınan insanlar ölkəmizin ən rahat və müasir otellərində yerləşdirildi.

Azərbaycan xalqı Sizin bütün qərarlarınızla həmrəydir. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Sizə təşəkkür edirik, cənab Prezident!”.

1news.az

Paylaş:
475

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər