“Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə ümid edirik” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə ümid edirik” – Prezidentə məktub

1news Redaksiyası15:10 - 21 / 04 / 2020
“Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə ümid edirik” – Prezidentə məktub

“Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Füzuli sakini Yeganə Fərəcovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır.

Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik.

Uca Allah Sizi və ailənizi qorusun”.

1news.az

Paylaş:
557

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər