“Siz hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Siz hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz” – Prezidentə məktub

15:27 - 24 / 04 / 2020
“Siz hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz” – Prezidentə məktub

“Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Bakı sakini, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Fidan Bəylərovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Mən, Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdiyəm. Hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Sizin zamanında verdiyiniz müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir. Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu.

Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib, arzularımızı reallaşdıra biləcəyik. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır”.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər