“Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir” – Prezidentə məktub

15:14 - 25 / 04 / 2020
“Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir” – Prezidentə məktub

“Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Sumqayıt sakini, Qubadlı rayonundan məcburi köçkün Tünzalə Hüseynovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezidentim.

Bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın doğru əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir.

Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük.

Güclü Azərbaycanın layiqli Lideri, Allah Sizi və ailənizi qorusun”.

1news.az

Paylaş:
678

Son xəbərlər

Bütün xəbərlər