“Vətənimizə layiqli övladlar olacağımıza söz veririk” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Vətənimizə layiqli övladlar olacağımıza söz veririk” – Prezidentə məktub

16:27 - 27 / 04 / 2020
“Vətənimizə layiqli övladlar olacağımıza söz veririk” – Prezidentə məktub

“Çox sevindirici haldır ki, vətənimiz Azərbaycan pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır”.

1news.az xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Ağcabədi sakini Zərifə Cəfərzadənin Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib. Məktubun tam mətnini təqdim edirik:

“Möhtərəm cənab Prezident.

Mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram.

Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayır. Amma çox sevindirici haldır ki, vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.

Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.

Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk”.

1news.az

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər