Azərbaycan və Qırğızıstan XİN rəhbərləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Qırğızıstan XİN rəhbərləri arasında telefon danışığı olub

1news Redaksiyası19:07 - 27 / 04 / 2020
Azərbaycan və Qırğızıstan XİN rəhbərləri arasında telefon danışığı olub

Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov ilə telefon danışığı baş tutub.

XİN-dən 1news.az-a bildirilib ki, söhbət zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatda mövcud əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazirlər mövcud vəziyyətə toxunaraq, hər iki dövlətin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb və bu xüsusda, qarşılıqlı dəstək və əməkdaşlığın, təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı Azərbaycan və Qırğızıstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

S.Xankişiyeva

 

Paylaş:
951

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər