Prezident İlham Əliyev Rusiya ilə sərhəddəki avtomobil yolu ilə bağlı sərəncam imzaladı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Rusiya ilə sərhəddəki avtomobil yolu ilə bağlı sərəncam imzaladı

11:45 - 27 / 04 / 2020
Prezident İlham Əliyev Rusiya ilə sərhəddəki avtomobil yolu ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Azərbaycan - Rusiya Federasiyası dövlət sərhədində "Xanoba" və "Samur" sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

 

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər