Prezident karantin rejimində deputatların hərəkətini tənzimləyən qanunu təsdiq etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident karantin rejimində deputatların hərəkətini tənzimləyən qanunu təsdiq etdi

1news Redaksiyası15:39 - 28 / 04 / 2020
Prezident karantin rejimində deputatların hərəkətini tənzimləyən qanunu təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

1news.az-ın ölkə başçısının rəsmi saytına istinadən məlumatına görə, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.”.

1news.az

Paylaş:
867

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər