ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb

17:32 - 28 / 04 / 2020
ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib.

"Report"un xəbərinə görə, iclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub.

Onlayn toplantıda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.

S.Xankişiyeva

 

Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər