GUAM Şuşanın işğalını pisləyib | 1news.az | Xəbərlər
Siyasət

GUAM Şuşanın işğalını pisləyib

15:32 - 08 / 05 / 2020
GUAM Şuşanın işğalını pisləyib

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə təşkilatın katibliyinin yaydığı bəyanatda deyilir.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk”, - qurumdan bildirilib.

Xatırladaq ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

XİN Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

S.Xankişiyeva

 

 

Paylaş:
1088

Son xəbərlər

Bütün xəbərlər